Ağrı, səsin tutulması və qıcıqlandırıcı öskürək zamanı!
BOĞAZA VƏ SƏSƏ TƏCİLİ YARDIM!
HAQQINDA
İSLA boğazınız üçün ən yaxşı vasitədir.
İsla pastilləri - otolarinqoloji təcrübədə yerli istifadə üçün nəzərdə tutulmuş alman məhsuludur, bu dərman vasitəsi artıq çoxdandır ki, Avropa bazarında təqdim edilmişdir, yuxarı tənəffüs yollarının və bronxların xəstəlikləri zamanı qıcıqlanmanın, səsin xırıldamasının, səsin batmasının aradan qaldırılması üçün; qırtlağın və udlağın selikli qişasının yerli immunitetini qorumaq və möhkəmləndirmək üçün istehlakçılar tərəfindən geniş istifadə edilir.
İsla pastilləri xarici mənfi amillərin, məsələn, tozun, qış fəslində mənzillərdə və ofislərdə qızdırıcı cihazlar və qızğın batareyalar səbəbindən həddən artıq quruyan havanın tənəffüs sisteminə təsirini minimuma endirir. İşi nitq aparatının həddən artıq yüklənməsi ilə əlaqədar olan, məsələn uzun müddət danışmalı və ya mahnı oxumalı olan insanlarda İsla pastilləri çox qısa müddətdə səsi bərpa edir və xoşagəlməz hissləri aradan qaldırır.
ÜSTÜNLÜKLƏRİ
Səs tellərinin həddən artıq yüklənməsi zamanı – müəllimlər, müğənnilər, natiqlər, diktorlar üçün – 1№-li preparatdır!
Ağız boşluğunun selikli qişasını bürüyərək, onu xarici qıcıqlandırıcılardan qorumaq qabiliyyətinə malikdir!
Boğazın iltihabi xəstəlikləri zamanı effektiv vasitədir!
Pastillərin elastikliyi sayəsində selikli qişaya ehtiyatla təsir edir!

SUALLAR
İsla nədir?
İsla – sormaq üçün pastillərdir, onların tərkibinə İslandiya mamırının ekstraktı daxildir. İsla iki növdə olur – İsla - moos və İsla - mint. İsla Mint və İsla Moos pastilləri tənəffüs yollarının selikli qişasını bürüyür və nəmləndirir, iltihabı, quruluğu, qıcıqlanmanı və yanma hissini aradan qaldırır, boğuq, xırıltılı və ya batmış səsi bərpa etməyə kömək edirlər. İsla – səs tellərinin həddən artıq yüklənməsi, habelə həddən artıq quru havanın təsiri zamanı boğazın selikli qişasında qıcıqlanmanın və quruluğun inkişafının qarşısını alır
İSLA necə təsir edir?
İsla mikrob əleyhinə və immun stimullaşdırıcı təsirə malikdir, yerli immuniteti artırır və iltihabi prosesin intensivliyini azaldır, habelə müəyyən dərəcədə bürüyücü təsir göstərir. Sadalanan xüsusiyyətləri sayəsində İsla Mint və İsla Moos pastilləri sorma zamanı tənəffüs yollarının selikli qişasını bürüyür və nəmləndirir, iltihabı, quruluğu, qıcıqlanmanı və yanma hissini aradan qaldırır, boğuq, xırıltılı və ya batmış səsi bərpa etməyə kömək edirlər.
İsladan nə zaman istifadə etmək olar?
    • səs tellərinin həddən artıq yüklənməsi, səsin xırıltılı olması (müğənnilər, diktorlar, müəllimlər, mühazirəçilər, rəhbərlər və s. üçün vacibdir);

    • ağız boşluğunun və udlağın quruluğu və qıcıqlanması (çirklənmiş hava, quru və kondisionerləşdirilən otaqlar, idmanla məşğul olma zamanı);

    • səsin tutulması, xırıltılı olması, boğazda qıcıqlanma və göynəmə zamanı;

    • isitmə mövsümündə kifayət qədər nəmlənməmiş hava ilə tənəffüs zamanı.

    İsladan kimlər istifadə edə bilər?
        • İsla Mint və İsla Moos pastillərindən böyüklər və 4 yaşdan yuxarı uşaqlar istifadə edə bilər, onlar laringit, səsin tutulması və xırıltılı olması zamanı və işi səs tellərinin həddən artıq yüklənməsi ilə (müğənnilər, müəllimlər, diktorlar, mühazirəçilər və s.) və ya əlverişsiz iqlim şəraitində (soyuq, isti, toz və s.) işləməklə əlaqədar olan insanlar üçün göstərişdir.

        • İsla Mint və İsla Moos həmçinin, quru və qıcıqlandırıcı öskürək, o cümlədən, allergik mənşəli öskürək zamanı xəstənin vəziyyətini yüngülləşdirməyə kömək edirlər
          İsla necə qəbul edilməlidir?
          4-12 yaşlı uşaqlara – hər 2 saatdan bir 1 pastil (sutkada 6 pastilədək), böyüklərə və 12 yaşdan yuxarı uşaqlara hər saatda 1 pastil (sutkada 12 pastilədək) verilir, pastilləri soraraq ağızda yavaş-yavaş həll etmək lazımdır.

          İsla - Mint və İsla - Moos dərman vasitələri orqanizm tərəfindən yaxşı keçirildiyinə görə onları heç bir təhlükə olmadan uzun müddət ərzində qəbul etmək olar.

          Bundan əlavə, daha dayanıqlı terapevtik effektin əldə edilməsi üçün, hətta xəstəliyin simptomları keçib getdikdən sonra belə, İsla-Mint və İsla - Moos daha bir neçə gün qəbul edilməldir.

          Əgər 4-5 gün ərzində xəstəliyin dayanıqlı simptomları azalmırsa və ya əksinə, pisləşirsə, təngnəfəslik, qızdırma, habelə irinli və qanlı bəlğəm yarandıqda dərhal həkimlə məsləhətləşmək lazımdır.


          İsla pastilləri sorma həblərindən nə ilə fərqlənirlər?
          Sorma həblərindən fərqli olaraq, pastillərin tərkibində şəkər yoxdur, yəni onları şəkərli diabet xəstələri də qəbul edə bilər.

          Sorma həblərindən fərqli olaraq, pastillər diş ətlərinin və damağın selikli qişasını zədələmirlər.


          BİZİMLƏ ƏLAQƏ
          © Alpen Pharma AG Azerbaijan. 2017. Bütün hüquqlar qorunur
          Qeydiyyat şəhadətnaməsi DV № 16 - 00391 от 14.11.2016